Almaniya kansleri Angela Merkel yeni il bazarlığı üçün Berlindəki supermarketlərdən birinə gedib.
«Bild»in məlumatına görə, üç mühafizəçi ilə gəzən kansler marketdən cəmi 100 avroluq bazarlıq edib.
Olduqca sadə olan bayram səbətində kərə yağı, kartof, konfetlər, kəsmik olub.
Merkelin yeni ili harada keçirəcəyi hələlik məlum deyil. Adətən o, həyat yoldaşı ilə birlikdə İsveçrəyə tətilə yollanır.
Lakin Berlindəki son teraktlan sonra kansler Almaniyada da qala bilər.