Balakən rayonunda azyaşlı evdə yanaraq ölüb.
Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 24-də saat 20 radələrində Balakən rayonunun Tülü kəndində yaşayan Səltənət Məmmədovanın evində yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra S.Məmmədovanın nəvəsi, 2 yaşlı Ramal Alagözovun yanmış meyiti tapılıb.
Araşdırma aparılır.