Azərbaycan bankları dollar satışını tamamilə dayandırdılar

0
3

Bu gün Azərbaycandakı bankların heç biri ABŞ dolları satmır.

Fins.az-ın araşdırması göstərdi ki, səhər saatlarında kiçik limitlə valyuta satan banklar da satışı dayandırıb.

Dünən müəyyən limitlə dollar satan “Bank Avrasiya”, “Bank BTB” və “Bank of Baku” bu gün valyuta satmaqdan imtina edib. Onların ardınca “Bank Avrasiya” və “Turanbank”da eyni qərarı verib. İndi “Turanbank” ancaq öz müştərilərinə 50 dollar satır.

Elə həmin limitlə valyuta satan “Yapı Kredi Bank (Azərbaycan)”dan isə bildiriblər ki, artıq filiallarında dollar bitib. Onagörədə satış dayandırılıb.

Beləliklə, bu gün bütün banklar rəsmən valyuta satışından imtina edib