Ter-Petrosyan:”Ermənistanı faciəli günlər gözləyir”

0
4
Ermənistan sosial partlayışla üz-üzədir. Vəsait çatışmazlığı səbəbindən əməkhaqlarının vaxtında ödənilməməsi ölkədə gərginliyi artırır.

Ermənistan iqtisadiyyatının tamamilə iflasa uğramasını 2016-cı ilin 11 ayının statistik göstəriciləri də təsdiqləyir. İl ərzində işğalçı ölkədə bir neçə iri müəssisənin müflis olduğu açıqlanıb. Vanadzor aeroportu fəaliyyətini qismən dayandırıb. Kənd təsərrüfatında və sənayedə geriləmə müşahidə olunur.

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan ölkəni bundan sonra faciəli günlər gözlədiyini söyləyib. O deyib ki, vəziyyət belə davam edərsə, iqtisadi böhranla üz-üzə qalan Ermənistanda tezliklə sosial partlayış olacaq. Son günlər İrəvanda gərginlik yenidən artıb.

Ermənistan Milli Konqresinin qurultayında çıxışı zamanı sabiq prezident gələn il vəziyyətin daha ağır olacağını bildirib. O qeyd edib ki, Ermənistanda müxalifət partiyalarının bloku formalaşdırılır. Onlar işğalçılıq siyasətindən əl çəkməyən və Ermənistanı uçuruma aparan Sarkisyan rejiminə qarşı birləşirlər(azərtac).