“Türkiyə-Rusiya əlaqələrini pozmağa kimsənin gücü yetməz” –Binəli Yıldırım

0
4
“Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli heç şübhəsiz, iki ölkə arasında münasibətləri pozmağa yönələn alçaq təxribatdır”.

Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım İstanbulda “Avrasya tüneli”nin açılış mərasimindəki çıxışında deyib.

“Kim nə edirsə-etsin Türkiyə-Rusiya əlaqələri inkişaf edəcək. Onların bunu pozmağa gücü çatmayacaq” – baş nazir vurğulayıb.

O bildirib ki, “Avrasiya tuneli”nin tikintisi ən böyük xəyallarından biri olub: “Bu tunel vasitəsilə Avropa ilə Asiya birləşəcək. 600 ildir Avropa ilə Asiyanı birləşdirən Türkiyəni heç kim diz çökdürə bilməyəcək. Xaincəsinə can alanlar Türkiyəni hüquqi dövlət olmaqdan çəkindirə bilməyəcəklər. 76 əyalətimizi bir-birinə bağlayan dəmiryolu xəttini təzələyərək, sürətli qatar sisteminə keçmişik. Hava limanlarının sayını iki dəfə artırmışıq. 2018-ci ildə dünyanın ən böyükl hava limanını istismara vercəyik”.

Tunelin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Xatırladaq ki, İstanbulun Kumkapı rayonunda tikilən “Avrasya tüneli”nin təməli 2011-ci il fevralın 26-da qoyulub. Bir milyard 245 milyon dollara başa gələn tunel dənizin dibi ilə Kazlıçeşme – Göztepe bölgələrini birləşdirəcək. Tunel və ona bağlı yollarla birlikdə onun uzunluğu 14,6 km-dir. Tunelin uzunluğu isə 1,8 km-dir. Tunel istifadədyə verildikdən sonra 100 dəqiqəyə gedilən yol 15 dəqiqəyə qət ediləcək. Tunellə gediş ödənişlidir. Tunelin istismar müddəti 24 il 5 aydır.

Report