Səfiri öldürən polisin evindən FETÖ və Əl-Qaidəyə aid kitablar çıxdı –Yeni iddia

0
3
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova sui-qəsd təşkil edən polis əməkdaşı Mövlud Mərd Altıntaşın evində aparılan axtarışlar sona çatıb.

Ankaranın Keçiören rayonunda yerləşən mənzildə FETÖ şəbəkəsinə və Əl-Qaidə terror təşkilatına aid kitablar tapılıb(Axar.az).

Xatırladaq ki, sözügedən şəxs dünən silahlı hücumu həyata keçirdikdən 40 dəqiqə sonra öldürülüb.