Yeni ildə əfv olmayacaq – Komissiya üzvü açıqladı

0
3

 

“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağı gözlənilmir”.
Bunu Əfv Məsələləri Komissiyanın üzvü Rəşad Məcid bildirib.
Komissiya üzvü fikrini belə əsaslandırıb: “Təbii ki, sərəncam verilməsi cənab prezidentin səlahiyyətində olan məsələdir. Amma əgər əfv olacaqdısa, indiyədək komissiya topalaşardı, iclaslar keçirilərdi. İndiyə qədər hər hansı iclas keçirilmədiyindən əfv olmayacaq”.