Xalq təbabəti xəzinəmizdən:Qozun faydaları

0
3
Bəzən təbiət bizə zülal, yağ, antioksidant, bir çox vitamin və mineraldan ibarət mükəmməl zərfi sadəcə bir meyvədə verir. Məsələn, qozkimilər fəlsiləsindən olan qoz. Qoza ölkəmizdə həmçinin cəviz və ya girdəkan da deyirlər. Dünyada qozun 30 növü yetişir. Xolesterinin tənzimlənməsində, ürək-damar xəstliklərinin müalicəsində, uşaqların zehni inkişafında, sümüklərin güclənməsində önəmli təsiri var. Araşdırmalar gündə, təxminən, 40 qram qoz yeyən insanlarda ürək-damar xəstəliklərinə yoluxma riskin azaldığını göstərir.

Satış məqsədilə Amerika Birləşmiş Ştatları, Ruminya, Fransa, Türkiyə və Çində yetişdirilir. Satışı yüksək səviyyədə olmasa da yetişməsi çox çəkir. Qoz tingisi əkildikdən dörd il sonra bar verir.

Təbii ki, qidaların hamısında insanlar üçün faydalı vitamin və minerallar var. Lakin görünür qoz bütün rəqiblərini geridə qoyur. Bunun səbəbini bilmək üçün ilk öncə qozun tərkibini öyrənməkdən başlayacağıq.

walnut-fb

Tərkibi

Qoz tərkibindəki vitaminlər, zülallar və minerallar sayəsində çox güclü antioksidantdır. Pensilvaniyalı alimlər Amerika Kimyəvi Preparatlar Cəmiyyətinə bildiriblər ki, digər fındıq növlərinə nisbətən qozun tərkibində daha çox antioksidant var. Həmçinin minerallar baxımından da olduqca zəngindir. Bu mineralları əsasən tərkibindəki maqnezium və mis təşkil edir. 100 qram qozda gündəlik ehtiyacınızdan iki dəfə çox maqnezium və mis var.

walnuts-001-580x433

Qan-damar xəstəliklərinə qarşı faydaları

Əgər bu xəstəliklərdən hər hansı biri sizdə varsa, davamlı şəkildə qoz yeməklə xəstəliyin inkişafının qarşısını ala bilərsiniz.

1. Davamlı şəkildə qəbul etdikdə xolesterenin səviyyəsini aşağı salır. LDL (aşağı sıxlıqlı lipoproteinlər) ürək xəstəliklərinin əsas səbəbidir, qoz isə LDL-in düşmənidir deyə bilərik.

2. Ürək infraktına səbəb olan qan laxtalanmasının qarşısını alır, həmçinin damarları sağlam saxlayır.

3. Tərkibindəki E vitamini arteriya damarlarında meydana gələn tıxancların qarşısını alır.

Xərçəngə qarşı faydaları

Qozun xərçəngi müalicə etdiyini demək yanlış olar. Lakin xərçəngi meydana gətirən faktorların qarşısını ala bilər. Davamlı şəkildə istifadə etmək xərçəngə qarşı maddələr mübadiləsini gücləndirir.

Sümüklərə faydası

Mütəxəsislər hesab edirlər ki, qozu düzgün miqdarda qəbul etmək sümüklər üçün olduqca faydalıdır.

İnsan beyninə faydaları

Tərkibindəki vitamin F, omeqa 3, omeqa 6, E və B6 vitaminləri sayəsində beyin sisteminə olduqca xeyirli bir qidadır. Xüsusilə psixoloji xəstəliklərin müalicəsində də istifadə edilən qoz yuxusuzluqdan əziyyət çəkənlər üçün faydalıdır. Yatmamışdan əvvəl yeyilən qoz tərkibindəki triptofan maddəsi sayəsində yuxusuzluğu aradan qaldırır.

Qoz yarpağının faydaları

Qoz yarpağının antibiotik kimi çox özəl bir yer var. Buna görə də həm dəri xəstəliklərində, həm də daxili xəstəliklərdə istifadə edilir.

1. Ağzın içində çıxan yaralara qarşı təsirlidir.

2. Bağırsaq iltihabının qarşısını alır.

3. Qoz yarpağından hazırlanan dərmanlar ayaqların tərləməsi nəticəsində yaranan fəsadları aradan qaldırır.

4. Xüsusilə ayaqdakı göbələyə qarşı istifadə edilir.

İstifadə qaydası isə iki şəkildədir.

Birinci resept: bir stəkan suya 1 çay qaşığı narın doğranmış qoz yarpağı əlavə edilib, yaxşıca qaynadılır. Gündə bir-iki dəfə içilir.

İkinci resept: 3-4 litr suya narın doğranmış qoz yarpağı tökülür və ən azı 15 saat dəmdə saxlanılır. Daha sonra saxlanılan qarışıq qaynadılır və həmin su ilə vanna qəbul edilir.

juglans_regia

Zərərləri

Qozun insan üçün hər-hansı bir zərəri yoxdur. Lakin çox istifadə olunsa zərərli ola bilər. Buna diqqət edilməlidir.

1. Bəzi insanlarda daxili xəstəliklər səbəbilə allergiya verə bilər.

2. Həddindən artıq istifadə artıq çəki yarada bilər.

3. Həmçinin ifrazat orqanlarına da zərər verə bilər.

Tövsiyələr

Yaz aylarının axırı, payızın əvvəli qoz mövsümü başlayır. Bu zamanlarda təzə qoz tapmaq mümkündür. İstifadə zamanı quru və ya yaş olmasının əhəmiyyəti yoxdur. Hər iki halda effektlidir. Mütləq şəkildə ölçülü miqdarda qəbul edilməlidir. Buna görə də müntəzəm və ölçülü istifadəni məsləhət görürük.

Qəmər Şahbaz