ABŞ Türkiyənin Kayseri vilayətində törədilən terror aktını qətiyyətlə pisləyir və terror aktının araşdırılmasında Ankaraya öz dəstəyini təklif edir.
Trend-in “TASS”-a istinadən verdiyi məlumata görə, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbin bildirib.
Onun sözlərinə görə, ABŞ Türkiyə təhlükəsizlik qüvvələrinə növbəti terror hücumundan kədərlənib və hiddətlənib: “ABŞ bu mənfur aktı qətiyyətlə pisləyir və terrorla mübarizədə öz müttəfiqi Türkiyə ilə çiyin-çiyinə durub”.
“Terrorçuların türk xalqına qarşı törətdiyi qeyri-insani aktlara heç bir bəraət qazandırmaq olmaz. Biz Türkiyə hakimiyyəti hadisə ilə bağlı sıx əlaqədəyik və hadisənin araşdırılmasında öz dəstəyimizi təklif edirik” , – deyə Kirbi bildirib.