Kayseri terroru:ölən və yaralananlar var

0
3
Türkiyənin Kayseri vilayətində baş verən partlayış nəticəsində ölən və yaralananlar var.

Ölən hərbçilərin sayının 3 nəfər olduğu bildirilir.

Yaralılar Erciyes Universitetinin tibb fakültəsinin xəstəxanasına və şəhərdəki digər səhiyyə müəssisələrinə yerləşdiriliblər.

Kayseri valisi Süleyman Kamçı və vilayətin polis rəisi İbrahim Kulular hadisə yerinə gəliblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım müvafiq qurumların rəhbərlərindən hadisə ilə bağlı ətraflı məlumat alıblar.

Terror aktı bomba yüklənmiş avtomobilin içərisində hərbçilərin olduğu avtobusun yanında partladılması nəticəsində baş verib(azərtac).