Bakıda fəhlə 7-ci mərtəbədən yıxılıb öldü

0
3

Paytaxt sakini fəhlə işlədiyi tikilinin 7-ci mərtəbəsindən yıxılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 16-da Bakı şəhər sakini Rafiq Allahverdiyev Səbail rayonu ərazisindəki fəhlə işlədiyi yeni inşa edilən ticarət mərkəzinin 7-ci mərtəbəsindən ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Bundan başqa, dekabrın 16-da Nərimanov rayonu ərazisində yaşayan Orxan Həsənov evinin eyvanında (20 mərtəbəli binanın 16-cı mərtəbəsində) siqaret çəkərkən ehtiyatsızlığı nəticəsində oradan yıxılaraq ölüb.

Hər iki fakt üzrə araşdırma aparılır.