Dünən Ukraynadakı Avromaydanın fəallarından biri, qürur inqilabının iştirakçısı, məşhur erməni hüquq müdafiəçisi Aram Karapetyan Ermənistan-Azərbaycan sülh təşəbbüsü Bakı deklarasiyasını dəstəklədiyini bildirib.
A.Karapetyan haqqin.az portalının Ukrayna bürosuna gəlib və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü şərtilə həllini ehtiva edən Bakı deklarasiyasını imzalayıb. A.Karapetyan həmçinin əmin olduğunu bildirib ki, iki xalqın barışmasına və Qarabağ müharibəsinin nəticələrinin aradan qaldırılmasına yeganə əngəl Serj Sarkisyanın siyasi rejiminin işğalçı siyasətidir.
Aram Karapetyan hər iki ölkənin prezidentlərini Qarabağ münaqişəsinin tezliklə tənzimlənməsinə və regionda sülh və sabitliyin bərqərar olunmasına çağırıb.