API:”ABŞ neft ehtiyatları 4,7 mln. barel artıb”

0
3

ABŞ-da 3-9 dekabr hesabat həftəsində neft ehtiyatları 4,68 mln. barel artım göstərib. “Report”un “Forexpf.ru” saytına istinadən xəbər verir ki, bu məlumatı Amerika Neft İnstitutu (APİ) açıqlayıb. 

Hesabatda, həmçinin benzin ehtiyatlarının 3,91 mln. barel, distillatların isə 233 min barel artdığı bildirilir.

Qeyd edək ki, APİ-nin hesabatı ABŞ Energetika Nazirliyinin tərkibində yer alan və müstəqil qurum olan Energetika İnformasiyaları Adminstrasiyasının (EİA) bu gün, dekabrın 14-də açıqlanması gözlənilən rəsmi statistikasının ilkin proqnozu kimi qəbul edilir.

Hesabatın açıqlanmasından sonra “Brent” markalı neftin qiyməti 55 dollar/bareldən aşağı düşüb. Hazırda isə bu markadan olan neft 55 dollar/barelə satılır. Neftin qiymətinin yaxın günlərdə 50 dollar/barelə qədər geriləməsi ehtimal edilir. Ortamüddətli perspektivdə isə neftin 50-60 dollar/barel diapazonunda satılacağı proqnozlaşdırılır.  (Report)