Hansı banklar dollar satır və nə qədər?

0
3

Dekabr ayının 13-nə ölkədə dollar satışını həyata keçirməyən bankların sayı 27-yə çatıb.

“Fins.az”ın araşdırması göstərib ki, səhər saatlarında kiçik limitlə dollar satan “Xalq Bank” və “Bank SilkWay” artıq satışı dayandırıb.

Bu gün “Bank SilkWay”in ancaq hava limanındakı filialından uçuş biletini təqdim etməklə valyuta almaq mümkündür.

“Bank Avrasiya” isə valyuta satışını bərpa edib. İndi bu bankdan 200 dollar məbləğə qədər valyuta almaq olar.

“AFB Bank”, “Atabank” və “Günaybank” isə dollar almaqdan imtina edib.