“FED yenidən zəif qorunan milli valyutaları təlaşa salıb. Manat bu siyahıdan kənarda deyil”.
Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu deyib.
Onun sözlərinə görə, yenidən milli hökumətlərin, biznes dairələrinin, maliyyə analitiklərinin, marketinq tədqiqatçılarının diqqəti FED-in bu il üçün sonuncu sayılan iclasında maliyyə və valyuta bazarlarına təsir edəcək və çoxdan gözlənilən qərarına yönəlib:
“Bir neçə saatdan sonra başlayacaq iclasda baş tutacaq müzakirələr nəticəsində FED-in uçot dərəcələrinin artırılması ehtimalı yüksəkdir. Belə bir qərarın verilməsi xüsusilə qonşu Türkiyədə lirənin, Rusiyada rublun məzənnəsinin ucuzlaşmasını şərtləndirəcək.
Azərbaycan manatı həm əsas ticarət tərəfdaşı olan qonşu ölkələr vasitəsilə, eləcə də birbaşa təsirlərə məruz qalacaq. Avroda və funt sterlinqdə dollara nəzərən gözlənilən ucuzlaşma da bizim valyutaya dolayı təsir edən faktorlardan ola bilər. Manatın üzən məzənnəyə keçidi ilə bağlı müzakirələrin intensivləşdiyi indiki həsas dövrdə FED-in qərarının təsiri ilə baş verənlər onun valyuta bazarında möveyini bir az da zəiflədəcək.
Beləliklə də mövcud şərtlər çərçivəsində manatı üzən məzənnə rejimində saxlamaq daha da çətinləşir. Amma başqa alternativlər qalmayıb, çünki islahataların və sərmayələrin gələcəyi manatın gerçək məzənnəsinin formalaşma tezliyindən asıldır”.