Boşanan müğənnidən ilk açıqlama – “Hər şey gözəl bitdi”

0
8

Ötən gün Erhan Çelikdən rəsmi olaraq yollarını ayıran Gülben Ergen boşandıqdan sonra ilk dəfə açıqlama verib.

Sənətçi məhkəmə prosesindən sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Ergen bildirib ki, həyat yoldaşından maddi və mənəvi təzminat istəməyib:

“Qarşı-qarşıya oturub danışdıq, ayrılmaq barədə qərar verdik. Məhkəmə prosesinə ikimiz də qatılmışıq. Razılşaraq səssizcə münasibətlərimizi bitirdik. Hər şey gözəl bitdi”.