Güclü qar yağması səbəbindən Quba rayonunun ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır.
Azərtac xəbər verir ki, daha təhlükəli sayılan Quba-Xınalıq yoluna “Azəravtoyol” ASC-nin yerli idarəsinin növbətçi briqadaları nəzarət edir. Yolun qarla örtülən 20 kilometrədək hissəsi təmizlənib, əraziyə qum-duz qarşığı səpilib. Yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində problem yoxdur.
Bu dəfə yağan qar Qubanın dağlıq ərazilərindən daha çox rayon mərkəzinə düşüb. Burada qarın hündürlüyü 20 santimetrə çatıb.