İranda “məmur ovu” –Yüksək maaş alan hökumət rəsmiləri ilə bağlı istintaq gedir

0
3
“Astronomik məbləğlərdə maaş alan bəzi hökumət rəsmiləri ilə bağlı istintaq başlanılıb”.

Strateq.az İranın “Tasnim” agentliyinə istinadla xəbər verir ki, bunu Tehran şəhərinin baş prokuroru Abbas Cəfəri Dövlətabadi bildirib.

Baş prokuror ölkənin ali səviyyəli hökumət rəsmilərinə astronomik ödənişlər edildiyi halda, məhkəmə orqanlarının bu məsələyə barmaqarası baxması rəyini şərh edib.

Dövlətabadi deyib: “Tehran Prokurorluğu olaraq keçən həftədən etibarən bəzi şəxslər haqqında istintaq başladıq. Yaxın günlərdə bu proses davam edəcək”.

Xatırladaq ki, bu məsələni gündəmə gətirən İranın Ali Dini Rəhbəri Ayətullah Xamnəi olub. O, bir nitqində İrandakı ağır iqtisadi vəziyyətə baxmayaraq, bəzi yüksək mənsəbli məmurların astronomik məbləğlərdə maaşlar aldığını qeyd edib.