“Bahalaşma zəncirvari proses kimi hamını vuracaq”

0
3

Mehman Əliyev: “Zamanla qiymət artımının mənfi nəticəsi daha çox hiss ediləcək”

Tarif Şurasının işıq və qazın qiymətlərini kəskin şəkildə bahalaşdırması cəmiyyətdə ciddi narahatlıqla qarşılanmaqdadır. Maraqlıdır, iqtisadi böhran fonunda verilən bu qərar kütləvi narazılığın aksiyalar formasında meydanlara daşınmasına səbəb ola bilərmi?

Moderator.az-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev baş verənlərin kasıb və orta təbəqənin maraqlarına ciddi zərbə vurduğunu qeyd etdi:

“Hələlik Tarif Şurasının bu qərarının kütləvi aksiyalara səbəb olub-olmayacağı ilə bağlı fikir yürütmək tezdir. Ola bilsin ki, insanlar hazırda bunu hiss etmirlər. Lakin zamanla bu bahalaşmanın fəsadlarını daha çox hiss edəcəklər. Çünki artıq bu bahalaşmanın nəticələri hiss olunur. Vaxt keçdikcə bu, daha aydın hiss olunacaq.

Ola bilsin ki, yaxın gələckdə metroda gediş haqlarının artırılması, benzinin bahalaşması və s. baş versin. Bütün bunlar qiymətlərin bir qədər də artmasına səbəb olacaq.

Onsuz da bu gün vəziyyət yetərincə ağırdır. Baş verənlərə differensiallaşma adı qoyublar. Halbuki, bu ad mövcud vəziyyəti düzgün əks etdirmir. Azərbaycanda cəmi iki min ev mərkəzləşdirilmiş istilik sisteminə qoşulub. Bu isə təminən 400 min adam deməkdir. Bu, əhalinin 5%-ni əhatə edir. Bəs 95%-in aqibəti necə olacaq? Bu insanların hamısı mənzillərini qaz və elektriklə istilədir. Bunların arasında varlıların sayı 5-10%-dən yuxarı çətin ki, olsun. Bu isə o dməkdir ki, Tarif Şurasının qərarı kasıb və orta təbəqənin maraqlarına ciddi şəkildə toxunur.

Insanlar qış aylarında evlərini isitmək üçün digər məhsulların alınmasına qənaət edəcəklər. Bu isə məhsul istehsalı və tədarükü ilə məşğul olan şəxslərin gəlirlərinin azalmasına səbəb olacaq. Yəni bu proses zəncirvari şəkildə hamını vuracaq”.