“Topaz”ın ofisinəsilahlı basqın

0
3
Bakının Nərimanov rayonunda “Topaz” bukmeker ofisi soyulub.

Bu barədə  Nərimanov rayonu polis idarəsindən məlumat verilib.

Hadisə dekabrın 2-də günorta saatlarında baş verib. Belə ki, Makarov tipli tapança ilə silahlanmış iki naməlum şəxs Ceyhun Hacıbəyli küçəsində “Şuşa” restoranı ilə üzbəüz yerləşən “Topaz” ofisinə gələrək mühafizəçini qorxudub kassadakı 330 manatı götürüblər. Onlar mühafizəçiyə xəsarət yetiriblər.

Hazırda əməliyyatçılar fakt üzrə araşdırma aparırlar. Mühafizəçinin dediyinə görə, hücum edənlər yaşı 30-dan çox olmayan idmançı görkəmli şəxslər olublar.(Sputnik)