Aile.lent.az soyuq havanın faydalarını təqdim edir.
Xoşbəxtlik hormonunu artırır
Qışda soyuq havadan alınan təmiz oksigenin miqdarı yaya nisbətən 30% daha çox olur. Qana da daha çox oksigen daxil olanda insanın zehni fəallığı artır. Alimlər həddini aşmadan soyuq havaya çıxmağın “xoşbəxtlik hormonu” seratonini artırdığını deyir.
Gənc saxlayır
Soyuq hava insan dərisinə də faydalıdır. Üzdəki məsamələri sıxlaşdırır, şişkinliyi azaldır. Rus mütəxəssislərinin fikrincə, soyuq havanın estetik faydası da var.
Mikroblar soyuqda davam gətirə bilmir
Bir çox mikrob və virus mənfi 10-15 dərəcədə arta bilmir. Küləkli havada isə qrip yaşamaq şansı tapa bilmir. Ancaq mütəxəssislər mənfi 10 dərəcə şaxtalı havada yarım saatdan çox gəzməməyi məsləhət görür.
Arıqlamağı daha da asanlaşdırır
Bədən özünü isitmək üçün enerji sərf etdiyindən insan daha çox yağ yandırmış olur. Soyuq havada maddələr mübadiləsinin sürəti artır. Bədəndəki yağın və pis xolesterolun yanması soyuqda daha sürətli gedir.
Buz torbası belə hər dərdə dəvadır
Mütəxəssislər soyuğun baş ağrısının həllində təsirli olduğunu deyir. Buna görə başınızda ağrı olduqda bir torbaya buz doldurun və nazik parçaya sarıyıb ağrıyan bölgənin üzərinə qoyun. Soyuq həssas olan sinirləri keyidərək ağrını azaldır. Diş ağrılarınız olanda da yanağınıza buz torbası qoymaq ağrını dindirəcək.
Bundan başqa tökülən saçların yerinə yenisi çıxsın deyə başınıza təxminən sıfır dərəcədə hazırlanmış buz torbası, ya da özəl hazırlanmış bir kasket yerləşdirə bilərsiniz.
Soyuğun təsirindən saç dərisində olan qan damarları büzülür və saç kökləri canlanır.
Şimal bölgələrində 110 dərəcədə olan soyuq otaqlar hazırlanır və xəstələr 1, ya da 25 dəqiqə içəridə saxlanılır. Bu üsul ürək xəstəlikləri və soyuğa allergiyası olan hər kəs üçün edilə bilər.