“Azadlıq” qəzetinin həbsdə olan əməkdaşı beynəlxaq media mükafatı aldı –FOTO

0
4
Azadlıq” qəzetinin şərhçisi, həbsdə olan Seymur Həzi Norveç “Fritt Ord” söz azadlığını müdafiə təşkilatının “Free Media” mükafatına layiq görülüb.

Təqdimetmə mərasimində mükafatı onun adından anası Qızqala Həziyeva və xanımı Nigar Həzi alıb.

Mərasimdə jurnalistin məktubu oxunub. O yazıb ki, həbsdə olan jurnalistlərin günahı ancaq odur ki, onlar həqiqəti söyləyirlər.

Seymur Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb.