Tramp hiddətləndi:«Fırıldaqçılıqdır!»

0
4

ABŞ-ın yeni prezidenti Donald Tramp səslərin yenidən sayılmasını fırıldaqçılıq adlandırıb.

«Reuters»də yayılan bəyanatında Tramp Amerika xalqının seçkidə öz sözünü dediyini bildirib:

“Xalq sözünü deyib, seçki başa çatıb. Hillari Klinton məğlubiyyətini etiraf edərək məni təbrik edib. Biz bu nəticələri tanımalı və gələcəyə baxmalıyıq».

Tramp xatırladıb ki, ştatlar üzrə tələb olunan 270 səsdən də artığını (306) yığıb: “Səslərin yenidən sayılması Yaşıllar Partiyasının namizədi Cill Staynın təşəbbüsüdür. Stayn cəmi 1 faiz səs toplayıb. Onun məqsədi pul toplamaq və bu pulları cibinə qoymaqdır. Yığdığı pulların çoxunu səslərin təkrar sayılmasına yönəltməyəcək. Məğlubiyyətini etiraf etmiş Yaşıllar Partiyası fırıldaqçılığa yol verir. Seçkinin nəticələrinə hörmət etmək lazımdır».

Klintonun seçki qərargahı isə səslərin təkrar sayılmasına qoşulacağını açıqlayıb.

Qeyd edək ki, Cill Stayn səslərin Viskonsin, Miçiqan və Pensilvaniyada təkrar sayılmasını tələb edir. Əgər bu 3 kritik ştatda nəticə Klintonun xeyrinə dəyişsə, Trampın prezidentliyi təhlükə altına düşəcək.