HƏMAS liderindən İsrailə hədə dolu ifadələr:”İşğalçılar bütün qırmızı xətləri keçiblər”

0
4
Fələstin qanunverici orqanının (parlament) üzvü və HƏMAS-ın siyasi qanadlarından birinin lideri Muşir əl-Məsri qruplaşmanın min ədəd raketə malik olduğu və müharibə başlanacağı təqdirdə onların Tel-Əviv və onun şimal qəsəbələrinə tuşlanacağını bildirib.

Bunu o, HƏMAS-ın Qəzzada keçirilən mitinqində deyib.

“İşğalçıların gələcəkdə HƏMAS-ın hərbiləşdirilmiş qanadı “İzz əd-Din əl-Qəssam” ilə istənilən müharibəsi Tel-Əviv və ondan şimalda yerləşən yaşayış məntəqələrinin atəşə tutulması ilə nəticələnəcək”, – deyə o bildirib.

“İşğalçılar bütün qırmızı xətləri keçiblər. Onlardan sonuncusu da Yerusəlim və işğal edilmiş torpaqlarda ibadətə qadağanın qoyulmasına çağırış oldu”, – deyə Əl-Məsri söyləyib. (Report)