Bakıda saxta əskinas satan əcnəbilər yaxalanıb.
Trend Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Gürcüstan vətəndaşı Taleh Naibov və Ukrayna vətəndaşı Valentina Bilık 19 ədəd 500 avroluq saxta əskinası satarkən saxlanılıblar.
Faktla əlaqədar cinayət işi başlanıb.