Aşqabad – Bakı və Bakı – Frankfurt reysləri təxirə salındı

0
5

Almaniyanın “Lufthansa” aviaşirkəti işçilərinin davam edən tətili nəticəsində şirkətin bu günə nəzərdə tutulan Bakı reysləri təxirə salınıb.

Bu barədə “Trend”ə Heydər Əliyev adına hava limanından məlumat veriblər.

Hava limanından bildiriblər ki, bu günə 2 reys nəzərdə tutulmuşdu: Aşqabad – Bakı və Bakı – Frankfurt.

Məlumatda qeyd olunur ki, bazar günü üçün reyslərin təxirə salınıb-salınmamsı ilə bağlı hələ məlumat yoxdur.