Bakı-Astara magistralında mikroavtobus aşıb –Altı nəfər yaralanıb

0
1
Ələt-Astara magistralında mikroavtobus aşıb.

Hadisə magistralın 157-ci kilometrliyində, Masallı rayonunun Təzəalvadı kəndi ərazisində qeydə alınıb.

İdarəetməni itirən mikroavtobus yolun kənarına aşıb. (APA)  Nəticədə müxtəlif bədən xəsarətləri alan 6 sərnişin Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.  Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Mikroavtobusda sıxılmış vəziyyətdə qalan sərnişinlər çıxarılıb.

Faktla bağlı araşdırma gedir.