Avropa Parlamenti Türkiyə ilə müzakirələri dondurdu –Qərar

0
5

Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı 2005-ci il oktyabrın 3-də başlanan müzakirə prosesinin müvəqqəti dondurulması haqqında qərar qəbul edib. 

“Hürriyet”in yaydığı xəbərə görə, 479 parlamentar qərarın lehinə səs verib, 107-si bitərəf qalıb, 37-si isə əleyhinə çıxıb. (APA)  Qeyd edək ki, Avropa Parlamentinin qərarları tövsiyə xarakterlidir. Türkiyə ilə üzvlük müzakirələri yalnız Avropa İttifaqı Şurasının qərarı ilə dayandırıla bilər.