“Məni belə şeylərlə narahat etməyin” –Ziya Məmmədovdan oğlu ilə bağlı xəbərə reaksiya

0
1
“Amerika-Azərbaycan” Alyansının sədri, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın innaqurasiya mərasiminə dəvət olunmasını gündəmin əsas mövzusudur.

Bununla bağlı Ziya Məmmədov “Yeni Müsavat”a açıqlama verib.

O, belə deyib:

“Bu xəbərləri hardan alırsınız, bilmirəm. Mənim xəbərim yoxdur. Mən o xəbərlərlə məşğul deyiləm. Heç bir dəvət də olmayıb. Tramp mənim əmim oğlu deyil, dayım oğlu deyil.

 Mənim bir prezidentim var, o da ölkəmin prezidentidir. Xahiş edirəm, belə şeylərlə bağlı məni narahat etməyin”.