“Facebook” yaxın günlərdə daha bir yeniliyə imza atacaq.
Bu barədə şirkətin qurucusu və rəhbəri Mark Zukerberq özü açıqlama verib.
O, bildirib ki, bundan sonra “Facebook”da saxta profil açmaq mümkün olmayacaq.
“Bu günədək saxta profil açanların səhifələri bağlanacaq. Hazırda bunun üçün ciddi işlər görülür”, -deyə Zukerberq söyləyib.
O, prosesin necə və hansı formada aparılacağı haqda əlavə məlumat verməyib.