Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində (CM) dustaqlar arasında dava baş verib.
“Report”un xəbərinə görə, dava zamanı CM-də cəza şəkən 1990-cı il təvəllüdlü Amid Əliyev şüşə stəkanla məhbus yoldaşı 1984-cü il təvəllüdlü Samir Mudriyanova xəsarət yetirib.
Bu zaman yaranan qarışıqlıqdan istifadə edən S.Mudriyanov şüşə stəkanın qırıntıları ilə A.Əliyevə hücum edərək ona bədən xəsarətləri yetirib.
Faktla bağlı araşdırma aparılır.