Kərbaladan qayıdarkən İraq-İran sərhəddində saxlanılmış azərbaycanlı zəvvarları daşıyan avtobusların problemi həll olunub.
Bu barədə zəvvvərlardan biri Həşimov Mirələm məlumat verib.
O bildirib ki, məsələyə İranın Azərbaycandakı səfirliyi müdaxilə edib və sənədlər qaydasına salınıb. Hazırda bir neçə avtobus İranın Mehran sərhəd-keçid məntəqəsindən buraxılıb.
Digərlərinin də tez bir zamanda buraxılması gözlənilir(APA).
Xatırladaq ki, Kərbəlaya ziyarət gedən 500-dək azərbaycanlıları daşıyan avtobuslar İraq sərhədini keçdikdən sonra İranın Mehran sərhəd keçid məntəqəsində saxlanılmışdı.