Hökumət 2017-ci il üçün bir sıra sosial xərcləri azaldıb –Hansı qurumların pulu kəsilib?

0
7
Maliyyə Nazirliyi «2017-ci ilin dövlət büdcəsi haqqında» qanunu təqdim edib.O, ay yarım əvvəl ictimaiyyətə təqdim edilən variantdan xeyli fərqlənir.

Yenilənmiş qanun layihəsi bu günlərdə Milli Məclisdə müzakirə ediləcək. Bir sıra ekspertlər dövlət büdcəsinin xərc bəndlərində fərqlər müəyyən edib, Onlar müdafiə və tikinti xərclərinin artırılmasına yönəldilib. Söhbət 1 mlrd 666 mln manatdan gedir. (Turan)

Dövlət borcuna xidmət xərcləri əvvəlki varianta nisbətən 127 mln manat azaldılıb.Hüquq mühafizə orqanlarına əvvəl nəzərdə tutulandan 19 mln manat az xərclənəcək. Elm xərcləri 6,8 mln, təhsil 126 mln, səhiyyə 30,4 mln, idman 201 mln, sosial müdafiə  64,7 mln, mədəniyyət və incəsənət xərcləri 19,5 mln manat azaldılıb.

Yeni mətnə görə, sahibkarlığa kömək üçün 35 mln manat yönəldiləcək. Bu, əvvəlki variantdan 102 mln manat azdır. Kənd təsərrüfatı xərcləri (yeni layihədə 479 mln manat) 305,5 mln manat azaldılır.

Bundan başqa, dövlət büdcəsinin əsas bölmələrinə daxil edilməyən xərclər (yeni layihədə 884,4 mln manat) 633,3 mln manat azaldılıb. Ümumiyyətlə, 15 bənd və yarımbənddə dəyişiklik edilib.

2017-ci ilin dövlət büdcəsinin gəlirləri 15 mlrd 955 mln manat, xərcləri 16,6 mlrd manat nəzərdə tutulub.