Ankara Respublika Baş Prokurorluğu FETÖ-nun 6 vəzifəli fərari zabitinin şəkillərini yayımlayıb.
Axar.az xəbər verir ki, Baş Prokurorluq podpolkovnik Atakan Adaşoğlu, polkovnik İlham Polad, podpolkovnik Səid Tosun, kapitan Ömər Ərgənəkon, kapitan Abdulla Bəyazkürk və kapitan Güvən Günindinin fotolarını ictimaiyyətə təqdim edib.
Qeyd edək ki, adları qeyd edilən şəxslər hərbi çevrilişə cəhd günü vəzifəli şəxslərin saxlanılması ilə bağlı göstəriş vermişdilər.