Pakistan Kəşmir sərhədi yaxınlığında hava sahəsini pozan Hindistana məxsus robot helikopteri vurduğunu açıqlayıb.
Pakistan Müdafiə Nazirliyindən verilən açıqlamada hadisənin ötən gün axşam saatlarında baş verdiyi bildirilib.
Məlumatda robot helikopterin 60 metr sərhədi pozduğu qeyd olunub.
İslamabad rəhbərliyi helikopterin kəşfiyyat məqsədilə hava sahəsini pozduğunu iddia edir. (Axar.az)