Çəkisi 500 kg olan kişi son 6 ildə ilk dəfə çarpayısından qalxıb – FOTOLAR

0
5

500 kiloqram çəkisi olan 32 yaşlı Meksika vətəndaşı Xuan Pedro Franko Salas, Aquaskalentes xəstəxanasına köçürülməsini altı il gözləyib.

Musavat.com “Metro” portalına istinadən xəbər verir ki, bu müddət ərzində meksikalı öz çarpayısından qalxmayıb.

Salası klinikaya aparmaq üçün xüsusi texnika lazım olub. Klinikanın həkimləri bildiriblər ki, bir neçə ay Salas klinikada qalmağa məcburdur.

Onun hansı xəstəlikdən əziyyət çəkdiyi barədə isə məlumat verilmir.