“Korrupsiya” Əliyə növbəti zərbə…

0
13

Keçmiş Milli Təhlükəsizlik nazirinin sabiq müavini, hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müavini Əli Nağıyevin qaynı, həm də dayısıoğlu Yusif Həsən oğlu Mirzəyevin tutduğu vəzifəsindən azad edilməsi barədə “Millətim.info”-ya məlumat daxil olub.

Məlumata görə Y.Mirzəyev Dövlət Təhlükəsizlik Xidməti Nizami rayon şöbəsinin sədri vəzifəsini daşıyırmış. O, bir neçə il öncə Milli Təhlükəsizlik Nazirliyi (MTN) sıralarından çıxarılsada, təxminən 7 ay əvvəl DTX-ya bərpa edilərək həmin xidmətin Nizami rayon şöbəsinə rəis təyin edilibmiş. MTN-dən uzaqlaşdırılmış Y.Mirzəyev söylənilənə görə Ə.Nağıyevə məxsusluğu ehtimal edilən Nizami rayonu ərazisində yerləşən “Aksaray” və “İnci” şadlıq saraylarında administrator kimi çalışıb.

2

Məlumatda o da vurğulanır ki, hazırda “korrupsiya” Əli kimi məşhurlaşmış general Ə.Nağıyev heç də xoş günlərini yaşamır. Onun adı bir çox müxalifət nümayəndəsi, xüsusilə AXCP sədri Əli Kərimli ilə işbirliyində hallanır. Məhz bundan sonra Ə.Kərimlinin əsas ruporu sayılan “Azadlıq” qəzetinə maliyyə yardımı dayandırılmış, nəticədə hamilərini itirmiş qəzet hələlik nəşrini bərpa edə bilməmişdir. Böyük ehtimalla Ə.Nağıyevin çevrəsinin daralması, qohumlarının vəzifələrdən kənarlaşdırılması qeyd edilən xəbərlərlə bağlıdır.

Turan

 P.S. Mövzuya qayıdacağıq. Məlumatı dəqiqləşdirmək istəsək də DTX-nın mətbuat xidməti ilə əlaqə yaratmaq cəhdlərimiz uğursuz alındı. Adları çəkilən tərəflərin də mövqeyini dərc etməyə hazırıq.