Fərəc Quliyevin doğma kəndində atasının adına tikdirdiyi bulaq niyə söküldü?

Millət vəkili Fərəc Quliyev maraqlı sürprizlə qarşılaşıb. Millətim.info-nun əldə etdiyi məlumata görə, deputatın doğulub boya –başa çatdığı Ordubad rayonunun Üstüpü kəndində yerli icra qurumları və kənd sakinlərinin rəyini nəzərə almadan gördüyü iş son nəticədə onu məyus duruma salıb.

Əldə etdiyimiz məlumata görə, Fərəc Quliyev Üstüpü kəndində öz atasının adına bulaq tikdirib və onun təmtaraqlı açılışını edib. Deputatın atasının o qədər də tanınmış adam olmaması və görülən işin həm kənd sakinləri, həm də əlaqədar yerli qurumlar tərəfindən özfəaliyyət səviyyəsində qiymətləndirilməsi millət vəkilinin atasının şərəfinə tikdirdiyi bulağlın sökülməsilə nəticələnib. Mövzu ilə əlaqədar Fərəc Quliyevin də mövqeyini dinləməyə hazırıq. Nicat

Millətim.info