2017-ci ildə dünyada smartfon istehsalı4,5 faiz artacaq

0
5
“TrendForce” analitiklərinin proqnozuna görə, 2017-ci ildə smartfonların istehsal həcmi ötən illə müqayisədə təxminən 4,5 faiz artaraq 1,4 milyarda yaxınlaşacaq.

Gələn ilə proqnozlaşdırılmış tədarük həcminin təxminən 50 faizi Çin brendlərinin payına düşəcək. Mütəxəssislər hesab edirlər ki, Çin şirkətləri 634 milyon smartfon (45,6 faiz) tədarük edəcəklər. Ümumilikdə Çin brendləri üzrə sıfır artım gözlənilir, ayrı-ayrı şirkətlərin nəticələri onların xarici bazarlarda öz iştirakını genişləndirmək qabiliyyətindən asılı olacaq.

Smartfon sahəsinin lideri “Samsung” şirkəti haqda danışan mütəxəssislər bildiriblər ki, şirkətinin qarşısında duran əsas məsələ “Galaxy Note 7” smartfonlarının uğursuzluğundan sonra alıcıların etibarını bərpa etmək və tədarük həcmini artırmaq olacaq.

Mütəxəssislər, həmçinin hesab edirlər ki, 2017-ci ildə “iPhone” smartfonunun yenilənməsi “Apple” şirkətinin aparatlarına tələbatın artmasına imkan yaradacaq və dünya bazarında brendin mövqeyini möhkəmləndirəcək. Gözləntilərə görə, gələn il “Apple” aparatlarının tədarük həcmi 2016-cı illə müqayisədə yüksək olacaq(azərtac).