“Dağlıq Qarabağ münaqişəsinin həll prosesinin necə inkişaf edəcəyini Allah da bilmir, mən necə bilə bilərəm?”
Bunu ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.
O qeyd edib ki, ABŞ-ın yeni prezidenti Donald Tramp sülh haqqında fikirləşsə, Dağlıq Qarabağ münaqişəsi həlli istiqamətində irəliləyişə nail olmaq olar: “Lakin biz bilmirik yeni prezidentin başında nə var və o, nə düşünür”.
“Prezidentlər və xarici işlər nazirlər görüşmədikləri halda münaqişə dinc yolla həll oluna bilməz”, – deyə M. Brayza qeyd edib.
APA