Güclü külək səbəbindən Ağdamın bəzi yaşayış məntəqələri işıqsız qalıb.
Günün ikinci yarısından başlayaraq əsən güclü külək bir sıra fəsadlar törədib, elektrik naqilləri qırılıb.
Rayonun Xındırıstan, Sarıçoban, Dadaşlı, Kəlbahüseynli, Paşabəyli, Üçoğlan, Əhmədağalı və Çıraqlı kəndlərinə elektrik enerjisinin verilməsi dayandırılıb.
Hazırda küləyin yaratdığı fəsadların aradan qaldırılması üçün bərpa işləri aparılır.
APA