Parlamentin hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsi cümə axşamı Cinayət-Prosessual Məcəlləyə hüquq-mühafizə orqanlarının hal şahidləri olmadan axtarış və müsadirə həyata keçirməsinə imkan verən düzəlişlər layihəsini təsdiq edib.
Parlamentdəki mənbənin Turan-a verdiyi məlumata görə, xüsusən CPM-in 236.4 və 244.1-ci maddələrə düzəlişlər bundan sonra prosesin video çəkilişi aparılırsa, hüquq-mühafizə orqanları əməkdaşlarının hal şahidləri olmadan da axtarış və müsadirə həyata keçirə biləcəyini nəzərdə tutur.
Qeyd edək ki, polis və ya digər hüquq-mühafizə orqanları hal şahidlərindən subut kimi əldə edilən faktları sənədləşdirmək üçün istifadə edir.