Türkiyə Silahlı Qüvvələri 30 159 nəfər hərbçi və mülki şəxsin qəbulunu elan edib.
Trend-in məlumatına görə, bu barədə elan Türkiyə Müdafiə Nazirliyinin saytında yer alıb.
Bu addım, daha əvvəl ordu sıralarından yeddi mindən çox hərbi qulluqçunun azad edilməsi bağlı atılıb.
Qeyd edək ki, bu ilin iyul ayında Türkiyədə hərbi çevriliş cəhdindən sonra Silahlı Qüvvələr və digər dövlət qurumlarından minlərlə şəxs işdən azad edilib. Onlar hərbi çevrilişə cəhddə ittiham olunan Fətullah Gülən hərəkatı ilə əlaqədə ittiham olunaraq işdən azad ediliblər.