Dollar ilin sonuna kimi avrodan baha olacaq

0
3

Dollar/avro məzənnəsi 2016-ci ilin sonuna qədər paritetdən də aşağı düşəcək.

“Report”un analitik qrupu hesab edir ki, dolların möhkəmlənməsi üçün bir sıra ciddi səbəblər var. Bunlardan ən əsası, ABŞ Federal Ehtiyat Sisteminin (FES) dekabrın 13-14-də keçiriləcək növbəti iclasında uçot dərəcəsinin artırılması ehtimalları ilə bağlıdır. ABŞ iqtisadiyyatı ilə bağlı açıqlanan son statistik rəqəmlər analitiklərin bununla bağlı ehtimallarını normal şərtlərdə 100%-ə çatdırıb.

Digər səbəb isə ABŞ iqtisadiyyatında müşahidə olunan dayanıqlı artımla bağlıdır. Bu onun deməyə əsas verir ki, ABŞ-da faiz dərəcələri hələ uzun müddət artmaqda davam edəcək. Dünyanın digər bölgələrindəki resessiya səbəbindən isə ABŞ-a kapital axını daha da güclənəcək, bu da öz növbəsində dolların möhkəmlənməsini sürətləndirəcək.

ABŞ-ın yeni seçilmiş prezidenti D.Trampın investisiya xərclərini artırmaq barədə açıqlamaları isə ölkənin əlavə maliyyə vəsaitinə ehtiyac duyacağını, bunun da faizləri artıracağına və dollara tələbatı yüksək saxlayacağına işarə edir.

Qeyd edək ki, hazırda avronun məzənnəsi 1,07 USD/EUR səviyyəsindən aşağı enərək 2015-ci il dekabrın 4-dən sonra ən minimal səviyyəyə düşüb.