Bakının bəzi yerlərində bataqlaşma gedir

0
4

Bakının bəzi yerlərində, eləcə də Masazır ərazisində subasma hadisələri – atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsinin qalxması baş verib.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, Binəqədi rayonu ərazisində, Sabunçu rayonunun Maştağa, Savalan qəsəbələrində, Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi” və daş karxanası adlanan ərazilərdə subasma hadisələri müşahidə edilib: “Hazırda həmin ərazilərdə qrunt sularının səviyyəsi yer səthindən yuxarıdır. Evlərin zirzəmisini, həyətyanı sahələri, yolları 20-25 sm-ə qədər su basıb”.

R.Həsənov bildirib ki, bəzi yerlərdə artıq bataqlaşma hadisəsi baş verir.