Metronun çıxşında tanışına 12 bıçaq zərbəsi vurdu –Polis cinayətkarı yaxaladı

0
3
Bakı şəhəri, Nizami rayonunda 34 yaşlı kişi münaqişə zəmnində bıçaqlanıb.

“Report”un xəbərinə görə, hadisə metronun “Xalqlar dostluğu” stansiyasının çıxış pilləkənlərındə qeydə alınıb.

Belə ki, 1982-ci il təvvəllüdlü Namiq Qaralova tanışı 1979-cu il təvvəllüdlü Fərman Mustafayev 12 bıçaq zərbəsi vurub.

Ağır yaralanan şəxs yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən F.Mustafayev tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.