“Partiyadaşları Trampı devirəcək” –Allan Lixtmandan yeni proqnoz

0
3
Tanınmış amerikalı tarixçi və politoloq Allan Lixtman ABŞ-ın yeni prezidenti seçilən Donald Trumpa qarşı impiçmentin tətbiq olunacağına əmindir.

Bu barədə o, “The Washington Post” qəzetinə açıqlama verib.

Strateq.az xəbər verir ki, A.Lixtman 1984-cü ildən ABŞ-da prezident sçkilərinin qalibləri barədə proqnozlar verir və onun bütün öncəgörmələri həmişə düz çıxıb.

A.Lixtman müsahibəsində bildirib ki, D,Trampın Respublikaçılar Partiyasından olan partiyadaşları Ağ Ev rəhbərini vəzifəsindən kənarlaşdıracaq və vitse-prezident Maykl Pens dövlət başçısı olacaq. “Mən daha bir proqnoz verirəm, bu, sadəcə intuisiyamdır. Respublikaçılar Trampın prezident olmasını istəmirlər, çünki ona nəzarət edə bilməyəcəklər. Onlar Pensi prezident görmək istəyir. O, ardıcıl, mühafizəkar və idarə oolunan respublikaçıdır”.

A.Lixtman prezident seçkilərinin nəticələrini 13 əsas amili nəzərə alan öz sistemi əsaslandırır.