Ənənəyə görə, yeni prezident Ağ Evin baxıcısı ilə razılaşdıqdan sonra interyerdə müəyyən dəyişikliklər edə bilər. Əsas dəyişiklik ikinci, üçüncü mərtəbədə olur, Linkolnun otağı və Sarı Oval kabinet toxunulmazdır.
Birinci xanım yataq otaqlarında şəxsi zövqünə görə interyerə bəzi əlavələr edə bilər. Ağ Evin müəyyən hissələri Amerika xalqına məxsusdur, orda yaşayan ailəyə yox.
İnaqurasiyaya qədər yeni prezident Manhettendəki mənzilində yaşayacaq. Ağ Evdə Tramp xanımı Melani, 10 yaşlı oğlu Berron və böyük övladları ilə birlikdə qalacaq.
Ağ Evin 132 otağından neçəsinin Trampın istəyinə uyğun mebellə təchiz olmasının maliyyələşməsinə vəsaiti Konqres ayırdığı üçün məsələ bəzən bir neçə il uzana bilir.
Birinci xanımların bəzən həddən artıq bahalı əşya tələb etməsi çox vaxt amerikalılar tərəfindən qəzəblə qarşılanır. (Axar.az)