Ürək dayandıqdan sonra beyin 3 dəqiqə yaşayır – İDDİA

0
5

İngiltərədəki Southampton Universitetində aparılan bir araşdırma insanların öldükdən sonra 3 dəqiqə ərzində şüurunun hələ də yerində olduğunu sübut edib”.

Ölüm hər bir canlının yaşayacağı sondur. Ancaq bu günə qədər heç kim ölümün necə bir şey olduğunu tam anlaya biləyib, hər kəs ölümdən qorxub. Bu üzdən də alimlər mütəmadi olaraq ölməyin necə bir şey olduğu ətrafında durmadan müxtəlif araşdırmalar apardılar. İndiyə qədər aparılan araşdırmalarda beyinin ürək dayandıqdan 30 saniyə sonra dayanması aşkar edilmişdi.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, ingilis alimləri bununla bağlı yeni bir məlumat əldə ediblər. Alimlərin bildirdiyinə görə, beyin ürək dayanandan 30 saniyə sonra yox, 3 dəqiqə sonra dayanır.  Belə ki, ürək qan qan dövranını dayandırdıqdan sonra ölmüş olur, ancaq bu zaman beyində baş verən proseslər dayanmır. Beyin 3 dəqiqə boyunca hərəkətdə olur və bu müddət başa çatdqdan sonra insanın şüuru tamamilə bağlanır.
Öldükten sonra tırnaklar ve saç uzar mı? 4.resim
Bu mövzuda araşdırmanı aparan doktor Sam Parnia mətbuata açıqlamasında müxtəlif narahatçılıqlara görə ürəyi dayanmış, ancaq sonradan həyata geri qayıtmış 2000 nəfər üzərində müxtəlif testlər apardıqlarını deyib. Həkim Parnia müşahidə apardıqları insanların yüzdə 40-ının ürəyi dayandıqdan sonra şüurunu itirmədiklərini söyləyib. Bilirib ki, onların şüurları qismən də olsa yerində qalır. Bu da o deməkdir ki, insan öldükdən sonra 3 dəqiqə ərzində ətrafında yaşananları görür və əgər ürəyin fəaliyyəti bərpa olunarsa, ikinci həyatı yaşan insan ölümün necə bir şey olduğunu deyə bilər. Ancaq alimlər bildirir ki, həmin insanlar sağalma prosesində yaddaşlarını itirib, həmin anda yaşadıqlarını unudurlar. Xatırladıqları yeganə şey qorxu hissi olur.