Azərtac Nigeriya KİV-lərinə istinadla xəbər verir ki, bu, son səkkiz gündə “Shell”ə məxsus yatağa yönələn üçüncü hücumdur.
Nigeriya Prezidenti Məhəmməd Buxari Niger deltası bölgəsindən olan silahlı qrupların nümayəndə heyəti ilə bir araya gələrək hücumlara son qoyulması üçün müzakirə etməyi planlaşdırır. Hazırda Niger deltası əyalətində neft və təbii qaz yataqlarına istiqamətlənən hücumların dayandırılması üçün bölgədəki silahlı qruplar ilə hökumət arasında danışıqlar aparılır. Lakin silahlı qruplar bölgədəki neft və təbii qaz yataqlarına istiqamətlənən hücumların davam edəcəyini bəyan edirlər.
Qeyd edək ki, silahlı qrupların Niger deltasındakı hücumları nəticəsində ölkədə bu il üçün nəzərdə tutulan gündəlik neft hasilatı proqnozlardan aşağı olub. Cari ilin büdcəsində proqnozlaşdırılan gündəlik neft hasilatı 2,2 milyon barrel ikən, bu rəqəm 1 milyon barrel təşkil edib.